Layihələrə Qayıt
Meysəri Restoranının tam interyer, tikinti və kommunikasiya layihəsi Məkan İnşaat MMC tərəfindən hazırlanmış və icra edilmişdir. Layihə çərçivəsində otağın funksional zonalanması, tavanlar, döşəmə örtükləri, xüsusi aydınlatma həlləri, havalandırma, su təchizatı və elektrik sistemlərinin tam işçi layihə sənədləri hazırlanmışdır.
Restoran məkanının planlaşdırılmasında mətbəx-servis axını, ziyarətçi giriş-çıxış axını və yanğın qaçış yolları normativ tələblərə uyğun nəzərə alınmışdır. AzDTN tələbləri çərçivəsində yanğın siqnalizasiyası və söndürmə sistemi layihəsi ayrıca bölmə kimi sənəd paketinə daxil edilmişdir.
Meysəri Restoranının tikinti və interyer işlərindən görüntülər.



Layihənizi müzakirə etmək üçün bizimlə əlaqə saxlayın.