Layihələrə Qayıt
Abşeron rayonunun Qobu qəsəbəsindəki bu çoxmənzilli yaşayış binasının tam arxitektura-konstruktiv işçi layihəsi Məkan İnşaat MMC tərəfindən hazırlanmışdır. Layihəyə geotexniki sınaq nəticələri və topoqrafik planın tələbləri əsasında özül həlləri, monolitik-karkas quruluşu, su təchizatı, kanalizasiya, istilik, ventilyasiya və elektrik sistemlərinin bölmələri daxildir.
Yaşayış mənzillərinin planlaşdırılmasında insolyasiya tələbləri nəzərə alınmış, yanğın qaçış yolları AzDTN normalarına uyğun həll edilmişdir. Tam sənəd paketi dövlət ekspertizasına təqdim üçün hazırlanmışdır.
Qobu qəsəbəsi yaşayış binasının layihələndirmə işlərindən görüntülər.
Layihənizi müzakirə etmək üçün bizimlə əlaqə saxlayın.